Mingəçevirdə ev yanıb

mingecevirde-ev-yanib
Oxunma sayı: 624

Mingəçevirdə yanğın hadisəsi baş verib.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 130 m2 olan birmərtəbəli 3 otaqlı evin 2 otağında ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.