Meyiti hamamda tapıldı

meyiti-hamamda-tapildi
Oxunma sayı: 2046

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, Səbail rayonu Bayıl qəsəbəsində yaşayan 1964-cü il təvəllüdlü Quliyev Afər Müzəffər oğlu dəm qazından zəhərlənərək vəfat edib. Onun meyiti hamam otağında tapılıb.

Faktla bağlı araşdırma aparılır.