Mənzildə yanğın - Qonaq zəhərləndi

menzilde-yangin-
Oxunma sayı: 970

Bakıda ev yanıb.

Qafqazinfo”nun məlumatına görə, iyunun 26-da saat 20 radələrində Nəsimi rayonunun R.Məmmədov küçəsində yaşayan Babək Hacıyevin mənzilində yanğın baş verib. Nəticədə ümumi sahəsi 54 kvm. olan mənzilin 12 kvm. sahəsində yanar konstruksiyalar və əşyalar yanıb, tüstüdən zəhərlənmiş qonağı, Zaqatala rayon sakini Pirdas Qudiyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.