Məktəbli qızı yol kənarıyla gedərkən maşın vurdu

mektebli-qizi-yol-kenariyla-gederken-masin-vurdu
Oxunma sayı: 2030

Bakının Müşviqabad qəsəbəsində məktəblinin vurulması ilə nəticələnən yol qəzası baş verib.

QafqazinfoReport-a istinadən xəbər verir ki, aşağı sinif şagirdi olan məktəbli qız bu gün səhər saatlarında "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Hadisə uşaq sinif yoldaşları və valideyni ilə birgə yol kənarı ilə məktəbə gedən zaman qeydə alınıb.

Ağır xəsarət alan qız dərhal sürücü tərəfindən xəstəxanaya aparılıb. Hazırda yaralının vəziyyəti ağırdır.