Maştağada arvad ərini bıçaqladı - Hər iki ayağından

mastagada-arvad-erini-bicaqladi-
Oxunma sayı: 2249

Bakıda ailədaxili mübahisə sonda bıçaqlanma ilə nəticələnib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Sabunçu rayonunda baş verib. Maştağa qəsəbəsi, Albalılıq massivi yeni tikilidə yaşayan 1983-cü il təvəllüdlü Gülnaz Həsənova bir neçə gün öncə ailə məişət münaqişəsi zəminində əri Təhməz Əhədova bıçaqla hər iki ayağından zərbə vurub. T.Əhədov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti qənaətbəxş kimi qiymətləndirilib. Araşdırma aparılır.

Murad Əhməd