Maştağa sakinindən avtomat çıxdı

mastaga-sakininden-avtomat-cixdi
Oxunma sayı: 2229

Yaşadığı evdə odlu-silah-sursat gizlədən Maştağa qəsəbə sakinini saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinə Maştağa qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rizvan Fərzəliyevdə odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Fərzəliyev saxlanılıb.

Onun yaşadığı mənzilə baxış keçirilən zaman nömrəsi silinmiş "AKSU" markalı avtomat silahı, 27 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Murad Əhməd