Maşından 26 min oğurlayanlar tutuldu

masindan-26-min-ogurlayanlar-tutuldu
Oxunma sayı: 1280

Avtomobildən 26116 manat pul oğurlayan Bərdə rayon sakini Nail Qaraşov və Bakı şəhər sakini Musa Abasəliyev tutulub.

"Qafqazinfo" DİN-in saytına istyinadən xəbər verir ki, Nərimanov RPİ 17-ci PB və Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də Allahverdi Zamanova məxsus “Fiat” markalı avtomobildən 26116 manat pul oğurlamış Bərdə rayon sakini Nail Qaraşov və Bakı şəhər sakini Musa Abasəliyev tutulublar.