Maşın 70 yaşlı piyadanı vuraraq öldürdü - Ağdaşda

masin-70-yasli-piyadani-vuraraq-oldurdu
Oxunma sayı: 894

Ağdaş rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

QafqazinfoAPA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Ağdaş şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Rayon sakini Nəzərov İlqar Söhbət oğlu idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, 1947-ci il təvəllüdlü Məmmədov Tehran Abış oğlunu vurub. T.Məmmədov ağır bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin ilkin tibbi yardımına baxmayaraq, xəsarət alan şəxs dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.