“Maserati”dən 10 min dollar oğurladı - Bakıda

maseratiden-10-min-dollar-ogurladi-
Oxunma sayı: 1574

Sabunçu rayonunda baş verən oğurluq hadisəsinin üstü açılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, mayın 3-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qəsəbə sakini Tural Həsənzadəyə məxsus “Maserati” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 10000 ABŞ dolları oğurlanıb.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kərim İsmayılov tutulub.

Murad Əhməd