Masazır sakini bıçaqlandı

masazir-sakini-bicaqlandi
Oxunma sayı: 1173

Masazırda bıçaqlanma hadisəsi baş verib.

QafqazinfoDaxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 2-də Abşeron rayonunun Masazır qəsəbə sakini Tariyel Aslanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini Müslüm Müslümov tutulub.