Mağazada yanğın oldu

magazada-yangin-oldu
Oxunma sayı: 650

Bakı şəhərində ikimərtəbəli mağazada yanğın olub.

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 3000 kv.m olan ikimərtəbəli mağazanın birinci mərtəbəsində yerləşən sahəsi 100 kv.m olan sexin tavanı 2 kv.m sahədə yanıb, döşəməsinə dağılmış yağ qalıqları və sexdə olan dəzgahlar yanaraq deformasiyaya uğrayıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.