“Lotu Quli”nin adamı saxlanıldı - Fotolar

lotu-qulinin-adami-saxlanildi
Oxunma sayı: 4259

Ukraynada kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifovun tərəfdarı tutulub.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, 26 yaşlı gənc Qulinin Odessaya “nəzarət” edən nümayəndəsi olub. Bildirilir ki, bir neçə cinayətə görə Ukraynada axtarışda olan gənc saxlanılan zaman polislərə müqavimət göstərib və onlara hədə-qorxu gəlib. O, saxlanıldıqdan sonra Odessa polis bölməsinin Liman şöbəsinə aparılıb.

Tutulan zaman onun üzərindən narkotik və silah götürülüb.

Xatırladaq ki, “Lotu Quli” hazırda Qobustan həbsxanasında cəza çəkir.

Aysel Kərimova