Lökbatanda tapança tapıldı

lokbatanda-tapanca-tapildi
Oxunma sayı: 1097

Bu gün Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları ilə birgə əməliyyat keçiriblər.

"Qafqazinfo" Penitensiar Xidmətə istinadən xəbər verir ki, əməliyyat tədbiri nəticəsində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində torpağa basdırılmış 1 ədəd “Naqan” tipli tapança aşkar edilərək götürülüb.

Fakt üzrə Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi tərəfindən araşdırma aparılır.