Lənkəranda tank əleyhinə mina tapıldı

lenkeranda-tank-eleyhine-mina-tapildi
Oxunma sayı: 637

ANAMA Lənkəran şəhərində aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, dəniz kənarında - 7 ədəd TM-62M və 1 ədəd TM-57 tank əleyhinə mina aşkar edilərək götürülüb, nəticə etibarilə 1 600 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 01 - 05 yanvar 2017-ci il tarixlərində Füzuli rayonu və Lənkəran şəhərində 1 otlaq sahəsinə və dəniz kənarına baxış keçirilib, 9 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 700 kv.m ərazi yoxlanılıb.