Lənkəranda quldurluq edən şəxslər tutulub

lenkeranda-quldurluq-eden-sexsler-tutulub
Oxunma sayı: 927

Lənkəranda quldurluq edən şəxslər tutulub.

Qafqazinfo” xəbər verir kik, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Virtualaz.org-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əli Məmmədov və Elnur Əsgərov tutulub, daha 1 nəfər isə müəyyən edilib.

Xatırladaq ki, iyunun 24-də Lənkəran şəhərində şirniyyat istehsalı ilə məşğul olan Rövşən Ağayevə məxsus ofisə açıq qalan qapıdan girən 3 maskalı şəxs orada işləyən Azər Babayevin əllərini iplə bağlayıb, onu və digər işçi Rəfail Əliyevi bıçaq və tapançaya bənzər əşya ilə hədələyərək oradakı seyfin açarını tələb etmiş, istədiklərinə nail olmadıqlarından A.Babayevin baş nahiyəsinə xəsarət yetirərək R.Əliyevin köməkliyi ilə seyfi 1-ci mərtəbəyə düşürüb, A.Babayev əllərini açıb səs-küy saldığından seyfi orada qoyaraq hadisə yerini “Nissan” markalı avtomobildə tərk ediblər.