Lənkəranda biabırçı soyğunçuluq -

lenkeranda-biabirci-soygunculuq-
Oxunma sayı: 2131


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki,hadisə şəhərdəki şadlıq saraylarının birində,toy zamanı baş verib.Ailə üzvləri ilə toya gələn 7 yaşlı Fatmanın (ad şərtidir) valideynlərindən xəbərsiz həyətə düşməyi ona baha başa gəlib.Azyaşlının tək olduğunu görən naməlum soyğunçu qəfil qızın üzərinə atılaraq qulağındakı qiyməti 400 manat olan sırğalarını çıxarıb.Bu zaman soyğunçu qızın qışqırıqlarına və qulaqlarından axan qana da rəhm etməyib.Ətrafdakılar qışqırığa gəlib azyaşlının harayına çatana kimi soyğunçu aradan çıxa bilib.Lənkəran polis şöbəsi əməkdaşlarının apardığı əməliyyat nəticəsində o,səhərisi gün zərərsizləşdirilərək istintaqa təhvil verilib.

Məlum olub ki, soyğunçuluq hadisəsini törədən Lənkəran şəhər sakini,1977-ci il təvəllüdlü Quliyev Zəki Xeyrulla oğludur.İlkin istintaqa ifadəsində Zəki Quliyev hadisəni tamah məqsədi ilə törətdiyini,sırğaları da dəyər- dəyməzinə satdığını etiraf edib.Bildirib ki,elə həmin gün şəhər velosiped də oğurlayaraq 15 manata satıb. 

Artıq faktla bağlı cinayət işi başlanıb.İndi istintaq onun digər oğurluq və soyğunçuluq əməllərində iştirakının olub- olmadığını araşdırır.

“Qafqazinfo”