Kürdəmirdə iki maşın toqquşdu - Yaralanan var

kurdemirde-iki-masin-toqqusdu
Oxunma sayı: 888

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün Heydər Əliyev prospektində qeydə alınıb.

Kürdəmir rayon sakini, 1988-ci il təvəllüdlü Sadiq Lazım oğlu Qədirovun idarə etdiyi "Chery" markalı maşınla 1982-ci il təvəllüdlü Afiq Rafiq oğlu Əliyevin idarə etdiyi "VAZ-21011" markalı minik maşını toqquşub. Nəticədə" VAZ-21011" markalı maşının sürücüsü A. Əliyev müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, hadisəyə səbəb "VAZ" markalı maşının sürücüsünün dönmə əməliyyatın düzgün yerinə yetirməməsi olub.

Faktla bağlı araşdırma aparılır.