Konqoda silahlılar 25 nəfərin başını kəsib

konqoda-silahlilar-25-neferin-basini-kesib
Oxunma sayı: 976

Konqo Demokratik Respublikasının şərqində silahlıların kəndə hücumu nəticəsində 25 nəfər öldürülüb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “France Presse” agentliyi məlumat yayıb.

Məlumata görə, insident Kayqala kəndində baş verib.

“May-May Mazembe” qruplaşmasının üzvü olan silahlıları dinc sakinlərin başlarını kəsiblər. Öldürülənlərin hamısı “Xuntu” tayfasının üzvləridir.

“May-May Mazembe” qruplaşmasını nande xalqının nümayəndələrindən təşkil olunub

Hücumun səbəbi açıqlanmır.