Kişini rüsvay etməklə hədələyib pul aldı

kisini-rusvay-etmekle-hedeleyib-pul-aldi
Oxunma sayı: 1787

Şirvan şəhərində həmyerlisini şantaj edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, 2016-cı ilin aprel-may aylarında barəsində rüsvayedici məlumatlar yayacağı ilə şəhər sakini Ə.Xudaverdiyevi hədələyib ondan ümumilikdə 400 manat və 2.000 ABŞ dolları almaqda şübhəli bilinən şəhər sakini Abduləziz Bəşirov tutulub.

Murad Əhməd