Kişi arvadını bıçaqladı - Bakıda

kisi-arvadini-bicaqladi-
Oxunma sayı: 2066

Bakının Xəzər rayonunda bıçaqlanma olub.

Qafqazinfo” Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Şüvəlan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Fərhad Hüseynov həyat yoldaşı, 1971-cı il təvəllüdlü Rəna Hüseynovanı bıçaqlayıb. Rəna Hüseynova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Onun həyatını xilas etmək mümkün olub. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Hadisəni törədən Fərhad Hüseynov həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.