Kənd xəstəxanasında yanğın

kend-xestexanasinda-yangin
Oxunma sayı: 851

Qazax rayonu, Daş Salahlı kəndində Səhiyyə Nazirliyinə məxsus kənd xəstəxanasında yanğın hadisəsi baş verib.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən məlumatına görə, ümumi sahəsi 100 m² olan, birmərtəbəli 3 otaqlı kənd xəstəxanasının dam örtüyü 5 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, xəstəxana hazırda fəaliyyət göstərmir.