Keçmiş məhkumdan “Kalaşnikov” götürüldü

kecmis-mehkumdan-kalasnikov-goturuldu
Oxunma sayı: 1091

Bakı sakini Fərahim Qasımovdan “AKM” markalı silah, patron darağı və 48 ədəd patron götürülüb.

“Qafqazifo” DİN-ə istinadən xəbər verir ki, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Fərahim Qasımov saxlanılıb. Ona məxsus “AKM” markalı silah, patron darağı və 48 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.