Keçmiş deputatın həbs xəbəri yayıldı

kecmis-deputatin-hebs-xeberi-yayildi
Oxunma sayı: 9110

“Beynəlxalq Bank işi”ndə adı hallanan sabiq deputat saxlanılması ilə bağlı növbəti dəfə xəbər yayılıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Globus Plaza”nın sahibi, sabiq deputat Dünyamin Xəlilov bu il mayın əvvəllərində axtarışa verilmişdi. Bu günlərdə isə D.Xəlilov saxlanılaraq barəsində təkrar həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Bandotdel” bu ilin avqust ayında “Globus Plaza” axtarış aparıb və şirkətin kassalarını möhürləyərək bağlayıb.

Xatırladaq ki, Nərimanov Rayon Məhkəməsi ötən il mayın 15-də Dünyamin Xəlilov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçmişdi. Həmin vaxt məlumatlara görə, banka olan borcunu qısa müddətə tezliklə ödəməyi üzərinə götürən eks-deputat sərbəst buraxılmışdı.

İndi isə onun yenidən həbsi ilə bağlı məlumat əldə etmişik. Qeyd olunur ki, onun saxlanılması borcları ilə bağlıdır.