“KamAZ” yandı

kamaz-yandi
Oxunma sayı: 1330

Balakəndə yanğın hadisəsi qeydə alınıb.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, Balakən rayonu, Katex kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus "KamAZ" markalı yük avtomobilinin yanar hissələri və avtomobilin banına yığılmış 2 ton ot bağlaması yanıb, yüksək temperaturdan divara quraşdırılmış qaz sayğacı əriyib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.