Jurnalistin atasına kömək üçün bank hesabı açıldı

jurnalistin-atasina-komek-ucun-bank-hesabi-acildi
Oxunma sayı: 1777

Yeddi aya yaxındır komada olan jurnalist İmdad Əlizadənin atası Əli Əliyevin müalicəsinə maddi yardım göstərilməsi məqsədilə bank hesabları açılıb. 

"Qafqazinfo"ya daxil olan məlumata görə, 2016-cı ilin fevral ayının 14-də Əli Əliyev Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən ağır qəza keçirib. Bakının “Koroğlu” metro stansiyası yaxınlığında yolu keçərkən onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan Əli Əliyev həmin gündən komadadır. Hazırda o, Mərkəzi Kilinik Xəstəxanada müalicə olunur.

Müalicənin xəstəxana şəraitində davam etdirilməsi üçün maddi dəstəyə ciddi ehtiyac yaranıb. Əks halda koma vəziyyətində olan 70 yaşlı Əli Əliyev xəstəxanadan çıxarılmalıdır. Buna görə də ailəsi Əli müəllimin müalicəsinə maddi yardım göstərilməsi üçün bank hesabları açmaq məcburiyyətində qalıb. Bank hesabları Əli Əliyevin oğlu İmdad Əlizadənin adına açılıb. Yardımı aşağıdakı hesablar vasitəsilə (həm manatla, həm də xarici valyutalarla) həyata keçirmək mümkündür:

Bank Respublika ASC Yasamal filialı

Kod: 511102
VÖEN: 9900001901
M/h: AZ80NABZ01350100000000014944
SWIFT: BRESAZ22
IBAN: AZ94BRES00380194404052957401

Xarici valyutalarla:

AZ88BRES00381184004052957402 (USD)
AZ55BRES00381197804052957403 (EUR)
AZ10BRES00381181004052957404 (RUB)

Qeyd: Yardım kampaniyasında ölkədəki ödəniş terminalları vasitəsilə də iştirak etmək mümkündür. Belə ki, öncə terminalda “Bank xidmətləri”ni, daha sonra “Bank Respublika”nı seçmək və 380194404052957401 hesabına ödəniş etmək olar. Bu zaman tələb edilən şəxsiyyət vəsiqəsi nömrəsi qrafasında 15670795 rəqəmləri yazılmalıdır.