İstintaqa fərqli ifadə vermişdi... - Yanan bina ilə bağlı məhkəmədən

istintaqa-ferqli-ifade-vermisdi
Oxunma sayı: 1437

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Miryusif Mahmudov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadələri davam etdirilib.

Standartlaşdırma, Metrologiya və Sertifikasiya İdarəsinin sabiq əməkdaşı Emin Vəliyev ümumi sifariş əsasında “GlobalStone”dan götürülən məhsulları laboratoriyaya verdiyini deyib.

Onun həmkarı İsrafil Yusifov ifadə verərək sınaq nümunələrini təhvil verdiyi şəxsin kim olduğunu xatırlamadığını, lakin həmin şəxsin Ağacavad Məmmədov olmadığını dəqiq bildiyini deyib.

Hakim isə İ.Yusifovun istintaqa fərqli ifadə verdiyini və orada Ağacavad Məmmədovun ona “aparat işləmir, sonra yoxlayaram” deməsini qeyd edib.

FHN əməkdaşı Vüqar Əliyev insanları necə təxliyyə etmələrindən, yanğın şahidi olan polis əməkdaşı Elnur Məmmədov isə bu barədə rəsmi qurumlara məlumat verməsindən danışıb.

Məhkəmə prosesi oktyabrın 27-də davam etdiriləcək.

Murad Əhməd