İstanbulda silahlı hücum - 6 yaralı

istanbulda-silahli-hucum
Oxunma sayı: 1198

Türkiyənin İstanbul şəhərində naməlum silahlı şəxslər kafeyə hücum ediblər.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

İnsident Fatih rayonunda qeydə alınıb. Motosikletlə gələn iki nəfər odlu silahla kafedə oturanlara atəş açıblar. Nəticədə 6 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyət ağırdır. Silahlılar hadisə yerində qaça biliblər.

Polis cinayətkarların axtarışına başlayıb.