İşlədiyi filialda oğurluq edən bank işçisinə hökm oxundu

islediyi-filialda-ogurluq-eden-bank-iscisine-hokm-oxundu-
Oxunma sayı: 1760

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Hikmət Əliyevin cinayət işi üzrə məhkəməprosesi yekunlaşıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmən kollegiyasının hökmü ilə Hikmət Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “Kapital Bank” ASC-nin Abşeron filialında sürücü-inkassator işləyən 1962-ci il təvəllüdlü H.Əliyev Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirləndirilir. O, əvvəlcədən planlaşdıraraq oğurluq etmək üçün gecə saatlarında filiala daxil olub. Mühafizəçi Hamlet Şıxəliyev onu görəndə bıçaqla ona hücum edib, bu zaman H.Şıxəliyevin xidməti silahı açılıb və güllə mühafizəçinin dizinə dəyib. H.Əliyev isə qaçaraq hadisə yerini tərk etmişdi.

Murad Əhməd