İşgəncələrə qarşı Komitə həbsxanadakı intiharı araşdırdı

isgencelere-qarsi-komite-hebsxanadaki-intihari-arasdirdi
Oxunma sayı: 1575

İşgəncələrə qarşı Azərbaycan Komitəsi Bakıdakı 15 saylı ciddi rejimli Cəzaçəkmə Müəssisəsində baş vermiş intihar hadisəsi ilə əlaqədar bu gün orada monitorinq keçirib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Modern.az-a komitə sədri Elşad Həmidov məlumat verib. O bildirib ki,Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 1984-cü il təvəllüdlü məhkum Aslanov Mahir Nadir oğlunun intiharı ilə bağlı araşdırma aparıblar.

E.Həmidovun sözlərinə görə, adə çəkilən məhkum dünən müəssisəsin yaşayış sahəsində yerləşən idman kompleksindəki meydançanın tavanından özünü şalvarının kəməri ilə asıb.

“Bizim aparığımız araşdıma zamanı məhkuma qarşı hansısa zorakılıq halının baş verdiyi aşkarlanmadı”.

Qeyd edək ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.