İmişlidə iki polis yaralandı

imislide-iki-polis-yaralandi
Oxunma sayı: 1482

İmişli rayonunda yola qoyulmuş şlaqbaumdan keçən avtomobilin sürücüsü 2 polis əməkdaşına xəsarət yetirib.

QafqazinfoReport-a istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında rayonun Məmmədli kəndində qeydə alınıb. Hadisə istimai təhlükəsizliyi təmin etmək məqsədi ilə yolda dayanmış polis əməkdaşlarının ərazidən keçən avtomobillərin hərəkətini tənzimləyərkən baş verib. Göyçay rayon sakini idarə etdiyi "Qazel" markalı avtomobillə həmin istiqamətdə hərəkətdə olarkən yola qoyulmuş şlaqbauma əhəmiyyət verməyərək onu vurub, keçib. Bu zaman şlaqbaum təhlükəsizliyi təmin edən polis əməkdaşlarına dəyib və onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Sürücü aradan çıxıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və onlara ilk tibbi yardım göstərilib.

Rayon polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı sürücü saxlanılıb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.