“İlhamə “siqnalı kəsməsəz, sizi öldürəcəm” dedi”

ilhame-siqnali-kesmesez-sizi-oldurecem-dedi
Oxunma sayı: 4093

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi davam etdirilib.

Şahid Xatirə Ramazanova ifadə verərək bildirib ki, M.Hüseynova İ.Quliyevanın onu bıçaqladığını deyib: "Mənə zəng etdi, dedi İlhamənin evində ona qarşı alçaldılmış hərəkətlər ediblər, hətta pulunu da əlindən alıblar. Biz birlikdə maşınla onun rəfiqəsindən pul götürməyə getdik. Evə qayıdanda İlhamənin oğlu Orxanla dostu Vüqar qabağımızı kəsib maşına dubinka ilə vurmağa başladılar. Mən dayanmadan siqnal verdim, İlhamə gəldi, bizə "siqnalı kəsməsəz, sizi öldürəcəyəm" dedi".

Məhkəmə prosesi noyabrın 1-də davam etdiriləcək.

Murad Əhməd