İlhamə Quliyeva da dindirildi - Səhhəti yenidən pisləşdi

ilhame-quliyeva-da-dindirildi-
Oxunma sayı: 13036

Müğənni İlhamə Quliyeva ötən gün prokurorluq əməkdaşları tərəfindən dindirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda informasiyanı musavat.com yayıb. Xəbərə görə, dindirmə zamanı İlhamə Quliyeva çox çətin suallara cavab verməli olub.

Bakı Şəhər Prokurorluğundan istintaqa çağırış alandan sonra müğənninin durumu kəskin dəyişib. Hətta ayaqları tutulub. Elə bu səbəbdən də müğənni çağırış üzrə göstərilən saatda prokurorluğa gedə bilməyib. Onun vəkilinin israrlı xahişlərindən sonra müğənninin durumunu nəzərə alan prokuror müğənninin evində dindirilməsi qərarını verib. İlhamə Quliyeva evində Mehriban Hüseynovanın ictimailəşdirdiyi faktlarla bağlı suallara cavab vermək zorunda qalıb. Dindirmənin deputat Çingiz Qənizadənin müvafiq qurumlara müraciətindən sonra başlanmaş araşdırmalar çərçivəsində baş tutduğu deyilir.

***

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, İlhamə Quliyeva keçmiş köməkçisi Mehriban Hüseynovanın təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində istintaqa cəlb edilərək ifadəsi alınıb.

E. Sultanov həmçinin qeyd edib ki, İ. Quliyevanın səhhəti nəzərə alınaraq ifadə müğənninin yaşadığı mənzildə alınıb.