İki uşaq anası damarlarını kəsdi

iki-usaq-anasi-damarlarini-kesdi
Oxunma sayı: 2031

Ucar rayonunda iki uşaq anası intihara cəhd edib.

Qafqazinfo”nun report-a istinadən xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində rayonun Qarabörk kəndində baş verib.

Belə ki, Göyçay şəhər sakini 24 yaşlı Könül Vahid qızı Şirəliyeva kəsici alətlə qolunda və ayaq nahiyəsində olan damarlarını kəsərək intihar etmək istəyib. K.Şirəliyeva Ucar Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan "Report"a bildirilib ki, ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilən K.Şirəliyeva əməliyyat olunub və vəziyyəti ağırdır.

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Hadisə şahidlərinin verdiyi məlumata görə, K.Şirəliyeva 4 il əvvəl Ucar rayonunun Qarabörk kənd sakini Elgün İsmayılovdan boşanıb. Məhkəmənin qərarı ilə E.İsmayılov iki uşağına ayrılan alimenti verməkdən boyun qaçırıb. Göyçay şəhər sakini, 24 yaşlı Könül Vahid qızı Şirəliyeva 4 il əvvəl boşandığı Ucar rayon Qarabörk kənd sakini E.İsmayılovun yaşadığı evə gedərək məhkəmənin qararı ilə övladlarına kəsilən alimenti tələb edib. Ancaq qarşı tərəfin təhqirinə məruz qaldığından intihara cəhd edib.

Qeyd edək ki, E.İsmayılov ikinci dəfə ailə qurub. O, hadisədən sonra qaçaraq gizlənib.