İki qardaş iş yoldaşını döyüb xəstəxanalıq etdi

iki-qardas-is-yoldasini-doyub-xestexanaliq-etdi
Oxunma sayı: 1662

Sumqayıt şəhər sakini iş yoldaşları tərəfindən döyülüb. Hadisə şəhərin 4-cü mikrorayonu ərazisindəki mağazalardan birində qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, şəhər sakini Qənimət Bayramovun ans press-ə verdiyi məlumata görə, şəhərin 13-cü mikrorayon bina 7a, mənzil 37-də yaşayan oğlu 1993-cü il təvəllüdlü Mirağa Qənimət oğlu Bayramov mağazada işləyərkən aralarında yaranan şəxsi mübahisə zəminində Elvin və Emin Cavadov adlı iki qardaş tərəfindən döyülüb:

"Yanvar ayının 23-də Mirağa mağazada iki qardaş tərəfindən döyüldü. Onu əvvəl Sumqayıt şəhərindəki travmatologiya xəstəxanasına, oradan da 1 saylı şəhər xəstəxanasına yerləşdirdik. Hazırda vəziyyəti ağırdır. Bizim narahatlığımızın səbəbi isə onu döyən şəxslərin hələ də istintaqa cəlb edilməməsidir".

Ailənin iddiasına görə, şikayət etdikləri Sumqayıt şəhəri 3-cü polis bölməsi tərəfindən məsələyə "soyuq" münasibət göstərilir.

Məsələ ilə bağlı hadisəni araşdıran təhqiqatçı Hikmət Rzayev bildirib ki, hazırda Mirağa Bayramovun stasionar müayinəsi davam edir. Buna görə də prosesə məhkəmə tibbi ekspertiza rəy verməyib. Tibbi ekspertiza rəy verən kimi, məsələyə hüquqi qiymət veriləcək.

Faktla bağlı araşdırmalar davam etdirilir.