İki qardaş döyüldü

iki-qardas-doyuldu
Oxunma sayı: 2173

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına döyülmə ilə bağlı iki nəfər gətirilib.

Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, Goranboy rayon sakinləri 20 yaşlı Ələmşah Salmanov və onun qardaşı 17 yaşlı Qədir Salmanovun bədəninin müxtəlif nahiyələrində xəsarətlər aşkarlanıb. Travmatalogiya şöbəsinə yerləşdirilən şəxslərin vəziyyətləri orta-ağırdır. Onların Şəmkirin Qapanlı kəndində mübahisə zəminində döyüldükləri deyilir.

Faktla bağlı artıq araşdırmalara başlanılıb.