İki “Kamaz” toqquşdu - Yaralı var

iki-kamaz-toqqusdu-
Oxunma sayı: 1246

Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə magistralın 83-cü km-də qeydə alınıb. İki “Kamaz” markalı yük maşınının toqquşması nəticəsində sürücülərdən biri, 1958-ci il təvəllüdlü Xudat şəhər sakini Cavanşir Əli oğlu Yarməmmədov müxtəlif sınıq xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı BDYP-nin İstintaq və Təhqiqat Bölməsində araşdırmalar aparılır.