İki günə 10 min sürücü radara düşdü

iki-gune-10-min-surucu-radara-dusdu
Oxunma sayı: 2335

Yol polisi şənbə-bazar günü 22 mindən artıq yol hərəkəti qayda pozuntusu faktını aşkar edib.

DİN Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, avqustuın 27-28 tarixlərində ölkə üzrə keçirilən reydlər zamanı yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən reydlər ötən həfətə də davam etmişdir.

Respublika ərazisində təkcə şənbə və bazar günlərində bütövlükdə 22 mindən artıq yol hərəkəti qayda pozuntusu aşkar edilib ki, onlardan da 10 mindən çoxu foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanıb. Qalan 12 mindən çox qayda pozuntusu, yol hərəkətinə nəzarəti həyata keçirən dövlət yol polisi qurumlarının əməkdaşları tərəfindən aşkarlanıb ki, onlardan da 163-ü nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi faktlarıdır.