İki gündə Bakıda 17 dilənçi tutulub

iki-gunde-bakida-17-dilenci-tutulub
Oxunma sayı: 744

Son iki gündə avaralıq və dilənçiliklə məşğul olan 17 nəfər saxlanılıb.

Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, fevralın 18-də Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 6 nəfər saxlanılaraq barələrində protokol tərtib edilib.

Fevralın 19-da isə paytaxtın Nərimanov, Yasamal və Səbail rayonları ərazilərində avaralıq və dilənçiliklə məşğul olan 11 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində protokollar tərtib edilib.