İki avtomobil toqquşdu - Yaralı var

iki-avtomobil-toqqusdu
Oxunma sayı: 909

Gədəbəyin Böyük Qaramurad kəndi ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” Region TV-yə istinadən xəbər verir ki, “Niva” ilə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində “Mercedes”-in sürücüsü 63 yaşlı İsa Quliyev yaralanıb.

O, müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.