İki avtomobil toqquşdu - Xəsarət alan var

iki-avtomobil-toqqusdu-
Oxunma sayı: 717

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, qəza şəhərin Şah İsmayıl Xətai prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində qeydə alınıb.

İki minik maşını toqquşub. Bu zaman avtomobillərdə olan sərnişinlərdən biri, 33 yaşlı Rufan Zeynalov xəsarət alıb. O, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıb.

Yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.