İcra hakimiyyəti işçisinin qətlini sifariş edən qadının - Məhkəməsi başlayıb

icra-hakimiyyeti-iscisinin-qetlini-sifaris-eden-qadinin
Oxunma sayı: 2686

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bərdə rayon icra hakimiyyətinin işçisi Hüseyn Qasımovun qətlini sifariş edən Günel Süleymanova, onu güllələyən Ramin Hüseynlinin və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası davam etdirilib.

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına təqdim edilib.

Məhkəmə prosesi dekabrın 30-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2016-ci il aprelin 11-də Binəqədi rayonunda baş verib. Bərdə rayon sakini Hüseyn Qasımova avtomatdan atəş açılıb və o dabanından yaralanıb. Hadisəni törədən əvvəllər məhkum olunmuş Ramil Hüseynli tutulub, onun kirayədə yaşadığı evdən “AKM” markalı silah, 22 ədəd patron və patron darağı aşkar edilərək götürülüb. G.Süleymanovanın atası Rasim Süleymanova və Kübar Kübarov sonradan cinayətin törədilməsində şübhəli bilinərək saxlanılıblar.

Məhkəmə baxışı dekabrın 30-na təyin edilib.

Murad Əhməd