“Hyundai” 48 yaşlı qadını vurdu - Foto

hyundai-48-yasli-qadini-vurdu
Oxunma sayı: 1065

Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Qafqazinfo”nun musavat.com-a istinadən məlumatına görə, Şirvani küçəsində “Hyundai” markalı avtomobil yolu keçmək istəyən piyada, 48 yaşlı Aybəniz Abdullayevanı vurub. Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər piyadanın vəziyyətinin orta ağır olduğunu bildiriblər. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb. Avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar araşdırmalara başlanılıb.