Həyətindən 8,25 kq marixuana çıxdı

heyetinden-825-kq-marixuana-cixdi
Oxunma sayı: 938

Beyləqan şəhər sakini Elşən İmanova məxsus həyətyanı sahədən çətənə kolu və marixuana aşkar edilərək götürülüb.

Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Beyləqan şəhər sakini, əvvəllər məhkum olunmuş E. İmanova saxlanılıb. Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu və 8 kiloqram 250 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalara başlanılıb.