Həmkəndlisini maşın açarıyla vurdu - Borc üstündə

hemkendlisini-masin-acariyla-vurdu-
Oxunma sayı: 1509

Goranboy rayonunda dava düşüb.

Qafqazinfo” Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Kənd sakini Üzeyir İsmayılov münaqişə zəminində həmkəndlisi Pərvin Seyidovun qarın nayihəsinə avtomobil açarı ilə xəsarət yetirib.

Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Üzeyir İsmayılov tutulub. Hadisənin pul borcu üstündə baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.