Bakıda yerləşən klinikalardan birindən oğurluq edilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, klinika rəhbəri oğurluğu orada həkim kimi işləmək üçün müraciət edən şəxsin etdiyini iddia edib. Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində yerləşən “Uğur Dent” klinikasının direktoru İsmayıl Qarayev polisə müraciət edərək xəstəxanadan oğurluq edilməsi barədə məlumat verib. O bildirib ki, klinikaya iş üçün gələn Türkiyə vətəndaşı, 1991-ci il təvəllüdlü İsmayıl Dəmiray oradan “Dexcovin” markalı rentgen aparatını oğurlayıb. Araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər