Hacıqabulda maşın işıqlandırma sisteminə çırpılıb - 1 yaralı

-haciqabulda-masin-isiqlandirma-sistemine-cirpilib
Oxunma sayı: 630

Bu gün səhər saatlarında Hacıqabulun Muğan kəndində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, Qəbələ rayon sakini Şahmar Bilal oğlu Mahmudov idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı işıqlandırma sistemlərinə vurub.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilk tibbi yardım göstərildikdən sonra o, Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.