Bir müddətdir Gürcüstanda adam öldürməyə və xuliqanlığa görə axtarışa verilən şəxs Bakıda tutulub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı şəhər sakini Eldar Əhmədov Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 239-cu (xuliqanlıq) maddələri ilə axtarışa verilib.
Nərimanov RPİ 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Eldar Əhmədov saxlanılıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər