Günelə 19 il iş istənildi - Anasını öldürdüyünə görə...

gunele-19-il-is-istenildi
Oxunma sayı: 7187

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə cəza istənilib.

Hakim məhkəmə istintaqının tamamlandığını elan edib.

Dövlət ittihamçısı çıxış edərək Günel Hüseynovanın 19 il, Nicat Eyvazovun 10 il, Ceyhun Əsgərovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi oktyabrın 28-də davam etdiriləcək.

Qeyd edək ki, bu il yanvarın 5-də saat 09 radələrində 1965-ci il təvəllüdlü Namətzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində 41 bıçaq zərbəsi vurulmuş meyiti tapılıb. O, "qızıl Məryəm" kimi tanınırmış.

Murad Əhməd