Göygöldə yol qəzası - Yaralanan var

goygolde-yol-qezasi
Oxunma sayı: 1158

Bakı-Qazax magistral yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə yolun Göygöl rayonu Balçılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ 21015 və VAZ 21011 markalı avtomobillərin toqquşması nəticəsində VAZ 21015 də olan sərnişin, Tovuz rayon Bozalqanlı kənd sakini, 1957-ci il təvəlllüdlü Solmaz Hüseynova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.