Goranboy sakinləri qadına qarşı soyğunçuluq edib.
“Qafqazinfo”nun Kəpəz TV-yə istinadən məlumatına görə, rayon sakini Günel Quluzadə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, iki nəfər naməlum şəxsin ona qarşı soyğunçuluq etdiyini bildirib. Şikayətçi ərizəsində qeyd edib ki, həmin şəxslər onun mobil telefonunu və 40 manat nəğd pulunu zorla əlindən alıb.
Rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində, Səfikürd kənd sakini Sahil Abbasov və Rəhimli kənd sakini Turapxan İmamverdiyev şübhəli şəxs qismində saxlanılıb.
Şöbədə dindirilən hər iki şəxs Günel Quluzadəyə qarşı soyğunçuluq etdiklərini etiraf edib. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər